19 yaşlı hücumçu ilə yanaşı, Yunanıstan PAOK-undan Yasmin Kurtiç, Norveç "Bodo Qlimt"indən Uqo Vetlesen və Ukraynanın "Zarya" (Luqansk) klubundan Şahab Zahedi də fərqləndirilənlər sırasındadır.

Avropa Konfrans Liqasında çıxış edən klubların 4 futbolçusu UEFA tərəfindən fərqləndirilib. Matc.az turnirin sosial şəbəkə hesabına istinadən xəbər verir ki, onların arasında "Qarabağ"ın hücumçusu Musa Qurbanlı da var.
 
19 yaşlı hücumçu ilə yanaşı, Yunanıstan PAOK-undan Yasmin Kurtiç, Norveç "Bodo Qlimt"indən Uqo Vetlesen və Ukraynanın "Zarya" (Luqansk) klubundan Şahab Zahedi də fərqləndirilənlər sırasındadır.
 
UEFA onların təqdimatını bu sualla təqdim edib: "Bu həftəsonu sizi ən çox kim təsirləndirib?"
 
Xatırladaq ki, Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində "Qarabağ"ın "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldiyi oyunda dubla imza atıb. Yasmin Kurtiç və Uqo Vetlesen də bu həftə 2 qol vurub, Şahab Zahedi isə het-trik müəllifi olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest