İngiltərənin "Nyukasl" klubu yeni baş məşqçisinin adını açıqlayıb. Matc.az xəbər verir ki, bu vəzifəyə Eddi Hau təyin olunub.
 
Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
 
"Nyukasl" rəhbərliyi oktyabrın 20-da komandanın sabiq baş məşqçisi Stiv Brüsü istefaya göndərib. İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Sözügedən kollektiv hazırda 5 xalla turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest