Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi isə saat 17:30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq mətbuat konfransına qatılacaq. Komandamızın son məşqi isə "Dalğa Arena"da baş tutacaq. İlk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqə saat 19:00-da start veriləcək.

Dç-2022-nin seçmə mərhələsi çərçivəsində noyabrın 11-də Azərbaycan - Lüksemburq oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
 
Matc.az xəbər verir ki, sabah əvvəlcə Lüksemburq milli komandasının baş məşqçisi Luk Holtsun mətbuat konfransı baş tutacaq. O, saat 17:00-da jurnalistlərin önünə çıxacaq. Saat 18:00-da isə ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqə start veriləcək. Lüksemburq millisinin məşqi və mətbuat konfransı Bakı Olimpiya Stadionunda keçiriləcək.
 
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi isə saat 17:30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq mətbuat konfransına qatılacaq. Komandamızın son məşqi isə "Dalğa Arena"da baş tutacaq. İlk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq məşqə saat 19:00-da start veriləcək. 
 
Noyabrın 11-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Lüksemburq matçına 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest