Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan və Lüksemburq milliləri arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, qarşılaşma avstriyalı hakimlər briqadasına tapşırılıb.
 
Baş hakim Manuel Şüttenqruberə Roland Brandner və Robert Ştaynaxer yan xətt hakimləri, Yulian Vaynberger dördüncü hakim qismində yardımçı olacaq. Video-köməkçi hakimlər isə Harald Lexner və Sebastyan Qişamer təyin edilib.
 
Serbiyalı Milan Karaciç bu oyunda hakim-inspektor, ukraynalı Yuri Barbaş FİFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.
 
Noyabrın 11-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçına saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest