""Oyunla bağlı onu deyə bilərəm ki, komandam rəqibdən çox üstün idi. Yeganə çatışmayan amil o oldu ki, yaranmış epizodları qola çevirə bilmədik"

"Məşqlərdən və oyunlardan maksimum yararlanmağa çalışırıq. Hava şəraiti proqramımızı bir neçə dəfə dəyişməyə məcbur edir". Matç.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Vüqar Məmməd deyib.

Bu gün Antalyada təlim-məşq toplanışı çərçivəsində "Küveyt"in müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşmadan sonra U-19 yığmasının çalışdırıcısı oyunu belə şərh edib: "Oyunla bağlı onu deyə bilərəm ki, komandam rəqibdən çox üstün idi. Yeganə çatışmayan amil o oldu ki, yaranmış epizodları qola çevirə bilmədik. Ustalıq səviyyəmizi oyundan oyuna yüksəltməliyik. Düşünürəm ki, bu gün qələbəni düşünməkdən çox kombinasiyalı oyunumuzu düzəltməliyik".

Qeyd edək ki, millimiz oyundan 1:1 hesablı bərabərliklə ayrılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest