Futbol üzrə Belçika milli komandası ciddi itkiylə üzləşib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Yuri Tilemans sıradan çıxıb. Onun azı 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
 
"Lester Siti"də çıxış edən Tilemans yığmanın Dç-2022-nin seçmə mərhələsində Estoniya və Uelsə qarşı keçirəcəyi oyunlarda iştirak edə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest