"Neftçi" milli komandaların oyunlarına görə Premyer Liqada yaranmış fasilə zamanı yoxlama görüşü keçirəcək.
 
Matc.az xəbər verir ki, "ağ-qaralar" noyabrın 13-də klubun bazasında "Keşlə" ilə qarşılaşacaq. Oyun saat 14:00-da başlanacaq və "Neftçi" TV vasitəsilə canlı yayımlanacaq.
 
İkigünlik istirahətdən sonra bu gün klubun bazasında məşqləri bərpa edən "ağ-qaralar" növbəti rəsmi oyununu noyabrın 20-də 8-ci km stadionunda "Sabah"a qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest