Qarşılaşmanı Bosniya və Herseqovinadan olan Luka Bilbiya idarə edib. Altı qolun qeydə alındığı görüş yığmamızın böyükhesablı məğlubiyyəti ilə başa çatıb.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirib. Matc.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 21:00-da Lüksemburqda keçirilən oyunda Belçika yığması ilə qarşılaşıb.

Qarşılaşmanı Bosniya və Herseqovinadan olan Luka Bilbiya idarə edib. Altı qolun qeydə alındığı görüş yığmamızın böyükhesablı məğlubiyyəti ilə başa çatıb.
 
Azərbaycan millisinin yer aldığı 8-ci qrupda bu gün Lüksemburq və İspaniya yığmaları da qarşılaşıb. İspanlar bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıblar.
 
Aç-2022-nin seçmə mərhələsi
8-ci qrup
10 noyabr
 
Azərbaycan – Belçika 1:5
Qol: Mahmud Ağayev, 27 – Yohan Bakayoko, 35. Tuur Rommens, 36. Mario Stroeykens, 70. Luka Oyen, 73. Süleyman Damadayev, 85-öz qapısına.
Baş hakim: Luka Bilbiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest