Fransa milli komandasının düşərgəsində zədələnən Pol Poqba uzun müddət yaşıl meydanlardan uzaq qala bilər. Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
 
28 yaşlı yarımmüdafiəçinin bərpa müddəti 8-10 həftə çəkə bilər.
 
Qeyd edək ki, Poqba artıq yığmanın düşərgəsindən ayrılıb. Məşqçilər korpusu onun əvəzində milliyə İtaliyanın "Roma" klubunun yarımmüdafiəçisi Jordan Veretunu dəvət ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest