Futbol üzrə Almaniya yığmasının beş futbolçusu karantinə alınıb. Matc.az xəbər verir ki, bu barədə millinin mətbuat xidməti məlumat yayıb.
 
Onların adları açıqlanmayıb. Buna yığmadakı futbolçulardan birinin koronavirus testinin poztivi çıxması səbəb göstərilib.
 
"Bild" nəşrinin iddiasına görə, koronavirusa yoluxan futbolçu Niklas Züledir. Karantinə alınan digər oyunçular da məhz onunla təmasda olduğuna görə nəzarətə götürülüb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest