Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun 2021/22 mövsümünün püşkatma mərasimində çıxış edib. Matc.az xəbər verir ki, o, bu gün təşkil olunmuş tədbirdə bütün klublara uğurlar arzulayıb

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun 2021/22 mövsümünün püşkatma mərasimində çıxış edib. Matc.az xəbər verir ki, o, bu gün təşkil olunmuş tədbirdə bütün klublara uğurlar arzulayıb:
 
"Bu il keçən mövsümdən daha maraqlı olacaq. çempionatımızın gedişi bunu deməyə əsas verir. Elə oyunlar keçirilir ki, heç kim onu gözləmir. Mənə elə gəlir ki, Birinci Divizion komandaları da yaxşı oyun sərgiləyəcək. Heç kimin ağlına gəlməzdi ki, "Keşlə" kuboku qazanacaq. Bu il yenə maraqlı olacaq. Premyer Liqa çox maraqlı keçir. İnanıram ki, maraqlı matçları kubokda da görəcəyik".
 
Musayev final oyununun məkanının hələ müəyyənləşmədiyini də əlavə edib: "Mətbuatda yazırlar ki, bu oyun Şamaxıda olacaq. Hədəfimiz məkanından asılı olmayaraq, qarşılaşmanın maraqlı alınmasıdır".
 
Ramin Musayev "Keşlə"nin adını dəyişdirilərək, Şamaxıya göndərilməsi barədə qərara da münasibət bildirib:
 
"O stadionda olmasam da, Şamaxı maraqlı yerdir. Hamımıza deyirsiniz ki, Bakı çempionatıdır. Düşərli olsun ki, bölgələrimizin sayı çox olsun".
 
O, Azərbaycan Premyer Liqasında yeni bölgə komandasının çıxışını müsbət qarşılayıb: "Qəbələyə getməkdən bezmişik. Böyük futbolun Şamaxıya getməsi oradakı gənclər üçün stimuldur. Bu addımı müsbət qarşılayıram. İnanıram ki, Birinci Divizion klubları Premyer Liqada iştirak edəndən sonra çempionatımız daha da maraqlı olar".
 
Ramin Musayev Region Liqasındakı komandaların Azərbaycan Kubokunda iştirakı barədə də söz açıb: "Bu, bir az qeyri-peşəkar olar. Oradakıların hamısına peşəkar demək olmaz. Komandaların sayı çox olsa, daha yaxşı olar. Amma peşəkarlıq baxımından düz çıxmaz. Torpaqlarımız işğaldan azad olunub. İnanırıq ki, həmin bölgələrin komandalarını ölkə kubokunda görəcəyik".
 
Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında çıxış edən 8 komandadan 6-sı ev oyunlarını Bakıda keçirir. Paytaxtdan kənarda yalnız "Sumqayıt" və "Qəbələ" məskunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest