Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq yığmasına qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburq yığmasına qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm. Yığmada uzun müddət qol vurmamağım məni narahat edir. Amma bu, mənim istəyimdən asılı deyil. Bunu hamıdan çox özüm gözləyirəm. İnanıram ki, sabah tilsimi qıracağam".
 
Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçına saat 21:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest