Türkiyənin "Altınordu" klubunun futbolçusu Burak İnce karyerasını Almaniyada davam etdirəcək. Matc.az xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi "Arminiya" klubu ilə razılaşıb. Bu barədə Bilefeld təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Razılaşmanın müddəti 2025-ci ilin yayına qədərdir.
 
Burak 2022-ci ilin iyuluna qədər "Altınordu"da çıxış edəcək. O, yeni mövsümdən "Arminiya"da forma geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest