Mövsümün əvvəlində "Atletiko"dan icarə əsasında "çelsi"yə keçən Saul Niqesin İngiltərə klubundakı gələcəyi məlum olub. Matc.az xəbər verir ki, "zadəganlar" yanvarda ispan yarımmüdafiəçini müqavilə ilə məxsus olduğu "Atletiko"ya qaytarmaq istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
 
Saulun "çelsi"də sərgilədiyi performans məşqçilər heyətini razı salmayıb və yarımmüdafiəçi baş məşqçi Tomas Tuxelin planlarında yer almır.
 
Saul "çelsi" ilə cəmi 8 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest