Futbol üzrə Almaniya milli komandası ciddi itkiylə üzləşib. Matc.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Yulian Draksler zədələnib.
 
Bu barədə Almaniya Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu millinin düşərgəsində sıradan çıxıb.
 
Draksler Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Lixtenşteyn (11 noyabr) və Ermənistana (14 noyabr) qarşı keçiriləcək oyunları buraxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest