Futbol üzrə Azərbaycan I Divizionunda V turdan təxirə salınmış oyun keçirilib. Matc.az xəbər verir ki, günün yeganə matçı "Səbail" və "Qəbələ"nin əvəzedici komandaları arasında baş tutub.
 
Dörd qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar.
 
I Divizion
V turdan təxirə salınan oyun
11 noyabr
 
Səbail-2 – Qəbələ-2 3:1
Qol: Vidadi Cəfərov, 64; 80; 90+4-pen – Aqil Nəsibov, 65.
Qırmızı vərəqə: Nicat Oruclu, 90+4 ("Qəbələ-2").
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. "ASCO Arena", 15:00.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest