Futbol üzrə Lüksemburq yığması DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri səfər matçında iki rekorda imza atıb.

Futbol üzrə Lüksemburq yığması Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri səfər matçında iki rekorda imza atıb. Matc.az xəbər verir ki, sözügedən komanda 3:1 hesablı qələbə sayəsində H qrupunda xallarının sayını 9-a çatdırıb.
 
Bununla da "cırtdanlar" dünya çempionatlarının seçmə mərhələlərində xal rekordunu yeniləyib. Lüksemburq yığması Dç-2014 və Dç-2018-in seçmə mərhələsini 6 xalla başa vurub. Hər iki tsikldə indikinə nisbətən daha az qol vurulub. Komanda 2014-cü il mundialından əvvəl seçmə oyunlarda 7, növbətisində isə 8 dəfə fərqlənib. Lüksemburq millisi Dç-2022-nin seçmə mərhələsində rəqib qapılarından 8-ci top keçirməklə Dç-2018 rekordunu təkrarlayıb.
 
Lüksemburq yığması xal və qol rekordunu yeniləyə də bilər. Bunun üçün noyabrın 14-də İrlandiya ilə ev matçında həm qol vurmaq, həm də uduzmamaq lazımdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest