Lider "Araz" "Alyans"la matçda darmadağına sevinib. Bu oyunda mövsümün ən məhsuldar qələbəsi qeydə alınıb. Üstəlik, bu görüşə qədər heç bir komanda cari mövsümdə bu qədər qol vurmamışdı.

Bu gün futzal üzrə Yüksək Liqada VII turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun bütün görüşləri Bakı İdman Sarayında təşkil olunacaq.
 
Tura turnir cədvəlinin qonşu pillələrində yer alan komandaların dueli ilə start verilib. "Record"la qarşılaşan EKOL məhsuldar keçən bu oyundan qalib ayrılıb.
 
Lider "Araz" "Alyans"la matçda darmadağına sevinib. Bu oyunda mövsümün ən məhsuldar qələbəsi qeydə alınıb. üstəlik, bu görüşə qədər heç bir komanda cari mövsümdə bu qədər qol vurmamışdı.
 
"Neftçi" debütant "Xilə" ilə görüşüb və qələbə qazanıb. Turun, həm də 1-ci dövrənin son oyunu daha gərgin keçib. Hesabı U-19 açsa da, təzyiqi artıran "Baku Fire" 15-ci dəqiqədə status-kvonu bərpa edib. Fasiləyə qədər tərəflər hərəyə daha bir qol vurmaqla istirahətə "sulh"lə yollanıblar. İkinci hissədə Elvin Quliyevin yeganə qolu komandasına qələbə qazandırıb. Bu nəticə sayəsində "Baku Fire" turnir cədvəlində üçüncü pilləyə yüksəlib.
 
Yüksək Liqa
VII tur
12 noyabr
 
EKOL – Record 8:5
Qollar: Mehdi Rəsulov, 5:46; 17:23. Samir Həmzəyev, 9:34. Fərid Atakişiyev, 10:52; 19:27; Faiq Əliyev, 19:53. Tofiq Mikayılov, 24:52. Emin Kürdov, 39:25 - Hasan Ali Jafari, 19:03; 28:13; 30:26; 32:24-pen. Matin Qahremani, 35:06.
Hakimlər: Mahir Məmmədov, Nail Nağıyev, Vüsal Balaşov.
Hakim-inspektor: Azər Əsgərov.
Bakı İdman Sarayı. Saat 12:00.
 
Xilə - Neftçi İK 1:6
Qollar: Aqşin Muxtaroğlu Paşayev, 25:05 - Oruc Baxşəlizadə, 3:03. İlkin Hacıyev, 7:55; 33:33. Kənan Manafov, 12:59. Rüfət Balakişiyev, 14:34; 33:06.
Hakimlər: Ceyhun Hüseynov, Hacıəli Ağayev, Elgün Hüseynov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı. Saat 14:15.
 
Araz (Naxçıvan) – Alyans (Lənkəran) 19:3
Qollar: İsa Atayev, 2:32; 10:54; 13:14. Xətai Bağırov, 3:34; 20:18; 31:13; 32:09; 37:15. Felipinyo, 10:45; 24:20. Maneka, 12:09; 36:12. Murilo, 13:44. Amir Şocaei, 24:46. Nurlan Mehdizadə, 25:49; 28:03. Ramiz çovdarov, 27:51; 35:02. Tofiq Məlikov, 30:55-öz qapısına - Oktay Rüstəmli, 10:06; 33:09; 35:17.
Hakimlər: Etibar Həsənov, Xəlil Xəlilov, Hüseyn Əsgərov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 16:15.
 
U-19 – Baku Fire 2:3
Qollar: Məhəmməd Abbasov, 6:56. Asiman Yusubov, 19:08 - Elvin Quliyev, 14:45; 37:43. Elşən İbrahimxəlilov, 16:36.
Hakimlər: Rza Məmmədov, Ziya Nəsirov, Nail Nağıyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı. Saat 18:15.
 
Xal durumu: Araz – 21, EKOL – 18, Baku Fire – 12, Neftçi İK – 10, Record – 9, Xilə – 6, U-19 – 4, Alyans – 3.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest