Bildirilir ki, AFFA İntizam Komitəsinin 29.10.2021-ci il tarixində "Sumqayıt"ın oyunçusu Murad Xaçayev və klub barəsində verdiyi qərar qüvvədə saxlanılıb.

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Sumqayıt" Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb. Matc.az xəbər verir ki, qurum sözügedən klubun apellyasiya şikayətini təmin etməyib.
 
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Bildirilir ki, AFFA İntizam Komitəsinin 29.10.2021-ci il tarixində "Sumqayıt"ın oyunçusu Murad Xaçayev və klub barəsində verdiyi qərar qüvvədə saxlanılıb.
 
Xatırladaq ki, Murad Xaçayev Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində səfərdə "Sabah"a 0:3 hesabı ilə uduzduqları matçda "aqressiv hərəkət"ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Ona 5 oyun cəza, klubuna 4000 manat cərimə kəsilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest