Futbol üzrə İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşıları müəyyənləşib. Matc.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, "Liverpul"un hücumçusu Məhəmməd Salah ötən ayın ən yaxşı oyunçusu seçilib.
 
Misirli futbolçu ötən ay 4 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub. O, digər namizədlər Ben çiluell ("çelsi"), Maksvell Korne ("Bernli"), Fil Foden ("Mançester Siti"), Valentino Livramento ("Sauthempton"), Aron Ramsdeyl ("Arsenal"), Deklan Rays ("Vest Hem") və Yuri Tilemansı ("Lester Siti") geriqə qoyub.
 
İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı baş məşqçisi isə "çelsi"nin çalışdırıcısı Tomas Tuxel seçilib. O, digər namizədlər Yurgen Klopp ("Liverpul"), Devid Moyes ("Vest Hem") və Patrik Vieyranı ("Kristal Pelas") qabaqlayıb. London təmsilçisi Tuxelin rəhbərliyi altında oktyabrda keçirdiyi 4 çempionat matçının hamısında qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest