21 yaşadək futbolçulardan ibarət Avstriya millisinin baş məşqçisi Verner Qreqorits Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib: 
 
"Bizim üçün çətin oyun oldu. Rəqib oyunda çox yaxşı müdafiə olunurdu. İkinci hissədə oyuna diqtə edən tərəf biz olduq və nəticədə inamlı qələbə qazandıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest