Futbol üzrə İngiltərə milli komandası yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, sözügedən komanda buna Dç-2022-nin seçmə mərhələsi çərçivəsində qarşılaşdıqları Albaniya ilə oyunda nail olub.
 
İngilislər ötən gecə doğma meydanda qarşılaşdıqları albanları 5:0 hesabı ilə məğlub ediblər. Bununla da Qaret Sautqeytin baş məşqçi olduğu komanda 2021-ci ildə 41-ci qolunu vurub. Nəticədə İngiltərə yığması 1908-ci ildəki qol rekordunu geridə qoyub. Həmin vaxt britaniyalılar il ərzində 39 dəfə fərqlənməyi bacarmışdılar.
 
İngiltərə millisi seçmə mərhələdə yer aldığı I qrupunda 23 xalla liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest