Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 22-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası "SKA-Xabarovsk" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Kamaz"la qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Xabarovsk təmsilçisi Kamranı "Ximki"dən bu mövsümün sonuna kimi icarəyə götürüb. "SKA-Xabarovsk"da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Yekaterinburq "Ural"ından icarəyə götürülmüş futbolçu bu görüşdə də oynayıb. O, da start heyətdə yer alıb və sonadək oynayıb.
 
"SKA-Xabarovsk" 22 turdan sonra 40 xalla 20 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest