Argentinalı mərhum futbolçu Emiliano Salanın ölümünə səbəb olan təyyarənin uçuşunu təşkil edən David Henderson həbs olunub. Matc.az xəbər verir ki, 67 yaşlı Hendersona 18 aylıq cəza verilib. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
 
Henderson Salanın olduğu təyyarəni idarə etmək üçün lisenziyası olmayan pilot David İbbotsona uçuş icazəsi vermişdi. 67 yaşlı iş adamı bir neçə ay əvvəl uçuşa çıxan bir təyyarənin təhlükəsizlik qaydalarını pozmuş və uçuşu təhlükəyə atmaqda ittiham olunmuşdu.
 
Sala 2019-cu ildə "Nant"dan "Kardiff Siti"yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-də pilot David İbbotsonun idarə etdiyi ABŞ istehsalı olan "Piper-P46 Malibu" markalı təyyarə La-Manş boğazında radardan itmişdi. Daha sonra Salanın cəsədi qəzaya uğrayan təyyarənin dağıntıları arasında tapılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest