21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Norveç yığmasına qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadasına tapşırıb.
 
Oyunun baş hakimi Vasilis Fotias olacaq. Ona yan xətt hakimləri Xrisula Kurobiliya və Andreas Mentanas kömək edəcəklər. Dördüncü funksiyasını isə Agelos Evangeru yerinə yetirəcək.
 
Noyabrın 16-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan – Norveç matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest