Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı yığmamız Qətərlə yoxlama oyununda qüvvəsini sınayıb.

Bakı Olimpiya Stadionundakı matç komandamızın 2021-ci ildə son sınağı idi. Bu oyun baş məşqçi Canni de Byazi üçün də sonuncu ola bilər. Müqaviləsinin müddəti başa çatan italiyalının taleyinə özü üçün yubiley – 20-ci sınağından sonra aydınlıq gələcək.

Millimiz Qətər yığmasıyla bu il Macarıstanda da qarşılaşmış 1:2 hesabı ilə uduzmuşdu. İndi yığma komanda həm bu məğlubiyyətin revanşını ala, həm də ardıcıl məğlubiyyətlərə son qoya bilərdi. Dörd qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

Yoxlama oyunu
14 noyabr

Azərbaycan – Qətər 2:2
Qol: E.Mahmudov, 37-pen; 67 – A.Almoez, 23; 78.
Baş hakim: Donatas Rumşas (Litva).
Bakı Olimpiya Stadionu.

Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç, 21. Höccət Haqverdi.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namiq Ələsgərov, 9. Renat Dadaşov, 13. Amin Seydiyev, 14. Bəxtiyar Həsənalızadə, 15. Abbas Hüseynov, 16. Coşqun Diniyev, 17. Araz Abdullayev, 20. Mert çelik, 22. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Canni De Byazi.

Qətər: 22. Meşaal Barşam, 3. Abdelkarim Hassan, 4. Məhəmməd Əl Bayati, 5. Tarek Salman, 6. Abdulaziz Hatim (k), 7. Ahmed Alaaeldin, 12. Kərim Budiaf, 13. Mosaab Xıdır, 16. Bualem Xouxi, 19. Ali Almoez, 23. Assim Madibo.
Ehtiyat oyunçular: 1. Saad Al Şeeb, 21. Yousef Hassan Məhəmməd Ali, 2. Xalid Muneer, 8. Ali Assadalla, 9. Məhəmməd Muntari, 10. Yusuf Abdurisaq, 11. Akram Afif, 14. Homam Elamin, 15. Yassem Abdulsallam, 17. İsmail Məhəmməd, 18. Sultan Hussain Al Braik, 20. Naif Al Hadhrami.
Baş məşqçi: Feliks Sançes.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest