PSJ-nin futbolçusu Mauro İkardi klubu tərk etmək niyyətindədir. Matc.az xəbər verir ki, argentinalı hücumçu bununla bağlı klub rəhbərliyinə məlumat verib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
 
İkardi həyat yoldaşı Vanda Nara ilə daha sakit bir həyat yaşamaq üçün İtaliyaya qayıtmaq istəyir.
 
Argentinalı hücumçu ilə "Yuventus" klubu maraqlanır. O, İtaliyada uzun müddət "İnter"in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest