Ukraynanın "Minay" klubunun baş məşqçisi İqor Leonov adı "Zarya" ilə hallanan Rüstəm Əhmədzadə haqda danışıb

Ukraynanın "Minay" klubunun baş məşqçisi İqor Leonov adı "Zarya" ilə hallanan Rüstəm Əhmədzadə haqda danışıb. Matc.az xəbər verir ki, yerli mətbuata açıqlama verən Leonov, Azərbaycan millisində də çıxış edən yarımmüdafiəçi üçün təklif almadıqlarını deyib:
 
"Hələlik hansısa danışıq yoxdur. O, hazırda Azərbaycan yığmasının düşərgəsindədir. Rüstəm Əhmədzadə ilə bağlı bizə təklif gəlməyib. Mənə və kluba zəng edən olmayıb. Bütün bunlar şayiələrdir. Bir şey bilsəydim, deyərdim ki, təklif var".
 
Rüstəm Əhmədzadə 2020-ci ildən "Minay"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest