Futbol üzrə Rumıniya milli komandası Dç-2022-nin seçmə mərhələsində Lixtenşteyni məğlub edib – 2:0. Matc.az xəbər verir ki, sözügedən matçda iştirak edən türk əsilli rumın futbolçu Enes Sali yığmanın tarixinə düşüb.
 
Belə ki, o, milli komanda ilə rəsmi oyuna çıxan ən gənc futbolçu olub. Enes bu göstəriciyə 15 yaş 8 ay 22 günlüyündə nail olub.
 
Bundan əvvəlki rekord norveçli Martin Edeqora (15 yaş 300 gün) məxsus idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest