Qadın futbolçular arasında Asiya kuboku-2022-nin seçmə mərhələsində keçirilən İordaniya – İran matçında maraqlı hadisə baş verib. Matc.az xəbər verir ki, İordaniya Futbol Federasiyası sözügedən matçda iştirak edən İran millisinin qapıçısının qadın yox, kişi olduğu ilə bağlı FİFA-ya şikayət edib.
 
Sosial şəbəkədə sözügedən qapıçının çadrasının başından açıldığı formada şəkli yayılıb.
 
İran millisinin qapıçısı 4:2 hesabı ilə qələbə qazandıqları penaltilər seriyasında qurtarışları ilə yadda qalıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest