"Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman Şotlandiyada çalışa bilər. Matc.az xəbər verir ki, "Reyncers" klubu niderlandlı mütəxəssislə maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Xəbərdə, "Reyncers" rəhbərliyinin baş məşqçi postundan ayrılan və "Aston Villa" ilə sözləşmə imzalayan Stiven Cerrardın yerini Kumanla doldurmaq istədiyi bildirilib.
 
2020-ci ilin avqustundan "Barselona"nı çalışdıran Kuman oktyabrın 28-də istefaya göndərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest