İngiltərənin "Arsenal" klubunun futbolçusu Pyer-Emerik Obameyanq açıqlama verib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, qabonlu hücumçu, London təmsilçisinə keçməzdən əvvəl "Tottenhem"dən təklif aldığını deyib:
 
"Mənə "Tottenhem"lə bağlı suallar verməyin, cavabı bilirsiz. "Tottenhem"də oynamaqdansa, karyeramı bitirərəm.
 
O vaxt "Tottenhem"lə danışıqlarımız gedirdi. Amma son anda nə oldu, bilmirəm. Məni stadionlarına da çağırmışdılar. Daha sonra nə axtaran oldu, nə bir şey deyən. Buna görə, hər zaman "Tottenhem"ə qarşı oyunlarda daha motivasiyalı oluram".
 
Obameyanq 2018-ci ildən "Arsenal"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest