Bu gün futzal üzrə Azərbaycan kubokunda 1/16 final mərhələsinə start verilib. Matç.az xəbər verir ki, raundun ilk günündə 4 qarşılaşma baş tutub.

Aşağı liqa təmsilçilərinin mübarizə apardığı görüşlər Bakı İdman Sarayında keçirilib. Nəticədə "Advokat", "Green Log", "Standard" və "Təbriz" 1/8 finala vəsiqə qazanıblar.

 

Azərbaycan kuboku

1/16 final

25 yanvar

"Füzuli" -  "Advokat" - 0:6

Bakı İdman Sarayı. Hakimlər: Azər Əsgərov, Elman Musayev, Vüsal Balaşov

"Green Log" – "Borçalı" - 4:1

Bakı İdman Sarayı. Hakimlər: Azad Hüseynov, Vaqif Musayev, Anar Fərəcov

ADBTİA - "Standard" - 4:6

Bakı İdman Sarayı. Hakimlər: Ramil Namazov, Mehman Mahmudov, Vaqif Musayev

"Xəzər Astara" - "Təbriz" - 2:4

Bakı İdman Sarayı. Hakimlər: Mehman Mahmudov, Kənan Məlikov, Elvin Ağayev

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest