Futbol üzrə Niderland 2-ci liqasında 15-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu "Telstar" da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Qraafşap"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
Ozan da bu matçın iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.
 
"Telstar" 15 oyuna topladığı 17 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest