Yamaykanın futbol tarixinin rəmzi komandası açıqlanıb. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) adıçəkilən ölkənin simvolik 11-liyini müəyyənləşdirib.
 
"Qəbələ"nin sabiq futbolçusu Deon Barton da Yamayka tarixinin ən yaxşıları sırasına düşüb. 4-2-4 sxeminə uyğun qurulan komandada Barton ən yaxşı hücumçular sırasında göstərilib.
 
Barton 2010-2012-ci illər aralığında "Qəbələ"də çıxış edib və 50 oyuna 15 qol vurub.
 
Qapıçı: Varren Berret;
 
Müdafiəçilər: Yan Qudison, Ues Morqan, Rikardo Qardner, Frenk Sinkleyr;
 
Yarımmüdafiəçilər: Robbi İrl, Darril Pouell;
 
Hücumçular: Leon Beyli, Lindi Delapenya, Deon Barton, Gil Heron.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest