Gerye 2017-2019-cu illərdə də "Qarabağ"ın şərəfini qoruduqdan sonra "Neftçi"yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində yenidən Ağdam klubuna qayıdıb. Futbolçunun son klubu Kipr "Apollon"u olub.

Polşanın "Veçitsa" klubu ilə müqavilə imzalayan Donald Gerye açıqlama verib. Matc.az xəbər verir ki, Polşa mətbuatına danışan haitili futbolçu, Azərbaycanın "Qarabağ" klubunda çıxış etdiyi vaxtlardan da söz açıb:
 
"Veçista"ya keçidim mənə bir az Türkiyədə oynadığım vaxtı xatırladır. Sonra "Qarabağ"dan təklif gəldi, amma Türkiyədən ayrılmaq istəmirdim. Bununla belə, "Qarabağ" məni çempionlar Liqasına yüksəlmək, Azərbaycan futbolunun tarixinə düşmək istədiklərinə inandırdı. çünki tarix yazmağı xoşlayıram. "Veçista" da Ekstraklasaya yüksəlsə, tarixi hadisə olar".
 
Gerye 2017-2019-cu illərdə də "Qarabağ"ın şərəfini qoruduqdan sonra "Neftçi"yə keçib. O, 2020/2021 mövsümünün əvvəlində yenidən Ağdam klubuna qayıdıb. Futbolçunun son klubu Kipr "Apollon"u olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest