Dç-2022-nin seçmə mərhələsi çərçivəsində San Marinoya qarşı səfər oyunu İngiltərə millisi üçün əlamətdar olub. Matc.az xəbər verir ki, Qaret Sautqeytin çalışdırdığı komanda bu oyundan 10:0 hesablı qələbə ilə ayrılıb.
 
İngiltərə millisi 57 ildən sonra ilk dəfə bir oyunda 10 qola imza atıb. Britaniyalılar sonuncu dəfə 1964-cü ildə ABŞ yığmasına eyni hesabla qalib gəlib.
 
İngiltərə yığması yer aldığı I qrupunu 26 xalla birinci pillədə bitirib və Dç-2022-nin final mərhələsinə vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest