Xatırladaq ki, yığmamız daha öncə Belçikaya 1:5, İspaniyaya isə 0:6 hesabıyla uduzmuşdu. Bu nəticələrdən sonra Azərbaycan yığması bu qrupda üçüncü yerlə kifayətlənib.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, millimiz Lüksemburqda keçirilən oyunda meydan sahibləri ilə qarşılaşıb. Komandamız qrupdakı sonuncu matçından inamlı qələbə ilə ayrılıb.

8-ci qrupun digər matçı İspaniya və Belçika yığmaları arasında baş tutub. Dörd qolun qeydə alındığı bu oyunda isə qalib müəyyənləşməyib – 2:2.

Xatırladaq ki, yığmamız daha öncə Belçikaya 1:5, İspaniyaya isə 0:6 hesabıyla uduzmuşdu. Bu nəticələrdən sonra Azərbaycan yığması bu qrupda üçüncü yerlə kifayətlənib.

Aç-2022-nin seçmə mərhələsi
8-ci qrup
16 noyabr

Lüksemburq – Azərbaycan 0:2
Qol: Mirmövsüm Canıyev, 23. Mehrac Baxşəliyev, 77.
Hakimlər: Luka Bilbiya, Aleksandar Smilyaniç (Bosniya və Herseqovina), Qaret Vin Cons, Robert İan Cenkins (Uels).

Xal durumu: Belçika – 7, İspaniya – 7, Azərbaycan – 3, Lüksemburq – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest