Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Yaponiyanın futbol tarixinin rəmzi komandasını açıqlayıb. Matc.az xəbər verir ki, rəmzi heyətdə "Neftçi"nin keçmiş futbolçusu Keysuke Honda da yer alıb.
 
Honda 2020/21 mövsümündə "Neftçi" ilə Azərbaycan Premyer Liqasının qalibi olub. Hazırda Litvanın "Suduva" klubunda oynayan 35 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest