Futbol üzrə Gürcüstan millisinin hücumçusu Davit Volkov Özbəkistana 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunu haqda danışıb

Futbol üzrə Gürcüstan millisinin hücumçusu Davit Volkov özbəkistana 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunu haqda danışıb. Matc.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, komandasının qələbə qolunun müəllifi olan və yığmada qol hesabını açan "Zirə"nin futbolçusu bunları deyib: 
 
"Hər kəsi qələbə münasibətiylə təbrik edirəm. Təbii ki, milliyə çağırılanda çox sevindim və şansımdan istifadə etməyə çalışdım. özbəkistanla matçda start heyətində yer aldığım üçün də çox sevindim. Komandam mənim qolumla qalib gəldiyi üçün şadam. Komandamıza uğurlar arzulayıram. Şadam ki, ili qələbə ilə başa vurduq". 
 
26 yaşlı futbolçu hazırda 8 qolla Azərbaycan Premyer Liqasının bombardirdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest