"Barselona"nın yeni transferi Dani Alves açıqlama verib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı müdafiəçi Kataloniya təmsilçisinə yenidən qayıtdığı üçün hələ şokda olduğunu deyib:
 
"Hələ şokdayam. Uzun zaman idi ki, "Barselona"ya qayıtmağa çalışırdım. Mənim üçün xüsusi anlardır. Komandanı pis vəziyyətdən qurtarmağa çalışacağıq.
 
Geyinəndə özümü superqəhrəman kimi hiss etdiyim iki forma var: biri Braziliyanın, biri də "Barselona"nın. Qazanmağa davam etmək istəyirəm. Dünyanın ən yaxşı klubundayam. Burda olan şeylər digər klublarda yoxdur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest