"Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade Kabo-Verde millisinin heyətində növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, o, Dç-2022-nin Afrika üzrə seçmə mərhələsi çərçivəsində Nigeriya ilə oyunun iştirakçısı olub.
 
Kabo-Verde yığması səfərdə baş tutan bu oyundan 1:1 hesablı heç-heçə ilə ayrılıb. "Qarabağ"ın futbolçusu start heyətdə meydana çıxıb və 66-cı dəqiqədə əvəz edilib.
 
Kabo-Verde yığması qrup mərhələsini 11 xalla 2-ci yerdə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest