"Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane Qvineya milli komandasının heyətində növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, o, Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Mərakeşlə qarşılaşmanın iştirakçısı olub.
 
Qvineya yığması doğma meydanda qarşılaşdığı bu rəqiblə oyundan 0:3 hesablı məğlubiyyətlə ayrılıb. "Neftçi"nin futbolçusu bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
 
Qvineya millisi bu nəticədən sonra öz qrupunda 4 xalla 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest