"Yuventus"un futbolçusu Federiko Bernardeski zədələnib. Matc.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İtaliya yığmasının düşərgəsində zədələnib.
 
Bu barədə Turin təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Bernardeski İtaliya yığmasının Şimali İrlandiya ilə keçirdiyi Dç-2022-nin seçmə mərhələ oyununda (0:0) zədələnib. O, 10 günlük sıradan çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest