Portuqaliya millisinin baş məşqçisi Fernando Santos postunda qalacaq. Matc.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyası 67 yaşlı mütəxəssisə etimad edir və onu vəzifəsində saxlayacaq. Bu barədə "A Bola" nəşri məlumat yayıb.
 
Portuqaliya yığması Dç-2022-nin seçmə mərhələsinin A qrupunu 2-ci sırada tamamlayıb və mundialın pley-offuna vəsiqə qazanıb.
 
Santos 2014-cü ildən Portuqaliya millisini çalışdırır. Yığma onun rəhbərliyi altında Aç-2016-nın və 2019-cu ildə keçirilən UEFA Millətlər Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest