Yunanıstanın OFİ klubu "Neftçi"yə satdığı Vangelis Platellasın yerinə yeni oyunçu alıb. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, İraklion təmsilçisi AEK-dən Giorgos Cakumakisi heyətinə cəlb edib.

Razılığa əsasən, 24 yaşlı hücumçu mövsümün sonuna qədər OFİ-də icarə əsasında çıxış edəcək. Yunanıstanın gənclər millisinin sabiq üzvü Platellasın yoxluğunu hiss etdirməyəcəyini söyləyib: "Bura gəlmək öz seçimim idi. Məni anlayışla qarşıladığına görə, AEK prezidentinə təşəkkür edirəm. OFİ-nin hədəflərini bilirəm. Onlar məni Vangelis Platellasın yerinə gətiriblər. Onun boşluğunu dolduracam. Komandanın qələbələrə ehtiyacı var. Bu yolda əlimdən gələni edəcəm ".

Qeyd edək ki, Vangelis Platellas bu ay "Neftçi" ilə 1,5 illik müqavilə bağlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest