Madaqaskar ordusunun əsgərləri Tanzaniya milli komandasının oyunçularının olduğu otelə basqın edib. Matc.az xəbər verir ki, buna qonaq komandanın heyətində koronavirusa yoluxan oyunçuların aşkarlanması səbəb olub. 
 
Tanzaniya yığmasının heyətində Aişi Salum Manula, Alli Samatta və Bakari Mvamnyetdə koronavirus aşkarlanıb.
 
Məsələ ilə bağlı açıqlama verən Tanzaniya Futbol Federasiyası əsgərlərin oyunçuların qapısı önündə durduqlarını bildirib.
 
Hadisə iki ölkə yığmaları arasında keçirilmiş dünya çempionatının seçmə mərhələ oyunundan sonra baş verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest