17 Noyabr 2021, 21:43
DİGƏR
Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə keçmiş futbolçu olub. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Elmin Əlizadə 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində AFFA-nın keçirdiyi liqalarda iştirak edib.
AFFA futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyib.
Allah rəhmət eləsin!
Xatırladaq ki, Ermənistanın təxribatı nəticəsində ötən gün Azərbaycanın 7 hərbçisi şəhid olub, 10-u yaralanıb.