İspaniyanın "Real" klubu PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappeni transfer etmək istəyib. Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin prezidenti Florentino Peres yerli mətbuata açıqlamasında deyib. O, Mbappe üçün PSJ-yə 200 milyon avro təklif etdiklərini söyləyib:
 
"Heyətə ən yaxşı oyunçuları cəlb etməliyik və onlara yaxşı müqavilə təklif edilməlidir. Bununla yanaşı, yaxşı təklifləri də dəyərləndirmək lazımdır. Mbappe üçün 200 milyon avro təklif etdik, qəbul etmədilər.
 
ölkə rəhbərləri klubları alır, futbolçuların satışına razılıq vermir. İndi klublarda böyük bir planlamalar başlayıb. Yaxın zamanda Avropanın ən yaxşı 30 klubu ölkə rəhbərləri tərəfindən alınacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest