İspaniyanın "Atletiko" klubunun çempionlar Liqasında "Liverpul"a qarşı keçirilən matçda (2:3) qırmızı vərəqə alan futbolçusu Antuan Qrizmannın cəzası məlum olub.
 
Matc.az xəbər verir ki, UEFA fransalı hücumçunu 2 oyunluq diskvalifikasiya edib. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 
Qrizmann çempionlar Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 24-də "Milan"a qarşı keçiriləcək oyunda iştirak edə bilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest